Bakıya bütün istiqamətlərdən avtobuslar gecikir

Bakıya bütün istiqamətlərdən avtobuslar gecikir backend

“Hazırda Bakı Beynəlxalq Avtovağzalında təxirə salınan reys yoxdur. Amma butun istiqamətlərdə gediş-gəliş saatlarında gecikmələr var”.


Bunu virtualaz.org-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bildirib.

O, qeyd edib ki, avtobusların gecikmələri kəskin hava şəraiti ilə əlaqədardır.

“Sürücülər hava şəraiti ilə əlaqədar təlimatlandırılıb. Onlar təhlükəsizlik səbəbindən asta sürətlə hərəkət edirlər. Ona görə də bu bir qədər gecikmələrə səbəb olub. Hazırda Bakı Beynəlxalq Avtovağzalında sərnişin azlığı müşahidə olunur”, - deyə Ş. Mehmanqızı bildirib.