Şair Əli Nasir vəfat edib

Şair Əli Nasir vəfat edib backend

Tanınmış Azərbaycan şairi, ictimai xadim Əli Nasir vəfat edib! Bu barədə şair-publisist Faiq Balabəyli öz facebook səhifəsində məlumat yazıb.

QAZİLER.AZ saytı xəbər verir ki, Əli Nasirin yaradıcılığında Qarabağ qazilərinin haqq mübarizəsi də yer alıb.

Qarabağ Qazilərinin mübarizəsi zamanı - 2001-ci ildə yazdığı "Şəhidlərə azadlıq, qazilərə azadlıq!" şeiri bizim beynimizdə həkk olunub!

“Vətən, anamsan!” deyib, qollarını itirən,
Hər ocağın dərdini ürəyinə götürən.
Təki vətən sınmasın,
deyib, ayağını itirən,
dayağını itirən,
üç rəngli bayrağını öz qanı ilə bitirən,
Şəhidlərə azadlıq, qazilərə azadlıq!

“Qarabağ Qaziləri” birliyinin sədri Etimad Əsədov, “Vətən Müharibəsi Əlilləri” birliyinin sədri Firudin Məmmədov, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına Fondunun rəhbəri Ədalət Məhərrəmov, qaziler.az saytının kollektivi Əli Nasirin vəfatından kədərləndiyini bildirir və şairin ailəsinə, yaxınlarını dərin hüznlə başsağlığı verir!

Allah rəhmət eləsin!