Umud Rəhimoğlu -55

Umud Rəhimoğlu -55 backend

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri,

Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Qeyri-Hökumət Təşkilatları Forumu idarə heyətinin üzvü Umud Rəhimoğlunun doğum günüdür.

Bu münasibətlə “Qarabağ Qaziləri” birliyinin sədri Etimad Əsədov, “Vətən Müharibəsi Əlilləri” birliyinin sədri Firudin Məmmədov, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına Fondunun rəhbəri Ədalət Məhərrəmov, qaziler.az saytının kollektivi Umud Rəhimoğlunu təbrik edirlər. Ona uzun ömür, can sağlığı və işlərində uğurlar arzulayırlar! Həmçinin, Umud Rəhimoğluna canından çox sevdiyi Qarabağın tezliklə işğaldan azad olunmasını və növbəti ad gününü Şuşada keçirməsini diləyirlər.

QAZİLER.AZ saytı Umud Rəhimoğlunun bioqrafiyasından bir hissəni təqdim edir:

Umud Rəhimoğlu Mirzəyev - 1 fevral 1961-ci ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. 1968-1978-ci illərdə Aşağı Əbdürrəhmanlı kənd orta məktəbibində təhsil alıb. 1979-1981-ci ilərdə Monqolustanda ordu sıralarında hərbi xidmət keçib.

Əmək fəaliyyətinə 1982-ci ildə Sumqayıt Şəhər İstilik-Elektrik Mərkəzində başlayıb.
1982-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsinə qəbul olunub və 1987-ci ildə təhsilini başa vurub.

1988-ildə Azərbaycan Yazıçılar İttifaqının mətbu orqanı olan «Ədəbiyyat və incəsənət» qəzeti ilə əməkdaşlıq edib. 1989-1993-cü illərdə həmin qəzetin “Elm, publisistika və məktublar” şöbəsinə rəhbərlik edib.

U.Rəhimoğlu 1992-ci ildən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qurucusu və sədridir.

O, 1996-cı ildən BMT-nin MDB ölkələri üzrə həyata keçirdiyi QHT konfransının və “Marşal” Mərkəzinin Cənubi Qafqaz regionu üzrə tədqiqat qrupunun fəal üzvüdür.
BAMF BMT-nin İnkişaf Proqramının (UNDP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR), ABŞ Dövlət Departamentinin (US DoS), Avropa Komissiyasının (EC), NATO-nun, Amerikanın Tədqiqat Əməliyyat Mərkəzinin (SAC), Beynəlxalq Mətbuat İnstitutunun, Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) və digər beynəlxalq qurumların, bir sıra xarici ölkələrin Azərbaycandakı səfirliklərinin etibarlı tərəfdaşıdır.
Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar “Seçki-2008” Qeyri-Hökumət Təşkilatları Koalisiyasının əsas təsisçilərindən biri kimi BAMF seçkilərdə demokratik prinsiplərin bərqərar olmasında, müşahidəçilik missiyasının uğurla həyata
keçirilməsində yaxından iştirak edib.

Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Qeyri-Hökumət Təşkilatları Forumu idarə heyətininin üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib. Fondun Müşahidə Şurasının sədridir.

Ailəlidir, üç övladı var.