Azərbaycanda daha bir bankın rəhbəri işdən çıxarıldı

Azərbaycanda daha bir bankın rəhbəri işdən çıxarıldı backend

“Bank BTB” ASC-nin İdarə Heyətinin (İH) sədri Samir Qocayev işdən çıxıb. Bu barədə “Report”a həmin bankdan bildirilib.


Məlumata görə, onun yerinə təyinat olsa da, yeni sədrin adı Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırıldıqdan sonra açıqlanacaq. Hazırda “Bank BTB”-yə müvəqqəti olaraq İH-nin sədr müavini Rüfət Abbasov rəhbərlik edir.

İH ilə yanaşı, Bankın Müşahidə Şurasında və Audit Komitəsində də dəyişikliklərin olduğu bildirilir. Qeyd edək ki, yanvarın 27-də "Bank BTB"-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. Yığıncaqda kredit təşkilatının idarəetmə orqanları ilə bağlı məsələlər müzakirə predmeti olub. Rəhbər şəxslərlə bağlı qərarların da həmin toplantıda qəbul edildiyi deyilir.