Bakıda “Formula-1” üzrə konfrans keçiriləcək

Bakıda “Formula-1” üzrə konfrans keçiriləcək backend

Fevralın 15-də Bakıda "Əsas idman tədbirlərinə ev sahibliyi etməyin qazancı" (Benefits of the hosting major sports events) adlı konfrans keçiriləcək. "Report" xəbər verir ki, bu barədə “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının milli mətbuat katibi Nigar Arpadarai.

N.Arpadarainin sözlərinə görə, tədbirdə təşkilatçılar, hökumət və biznesi təmsil edən digər şəxslər iştirak edəcək.

“Formula-1” rəsmisi həmçinin yarışın bilet satışındakı güzəştlərlə bağlı da danışıb:
"Biz Bakıda keçiriləcək Formula 1 yarışlarını izləmək istəyən "AmCham" üzvləri üçün xüsusi endirimlər edəcəyik".