Bakıda müşahidə edilən qarlı hava şəraiti aeroportun işinə təsir etməyib

Bakıda müşahidə edilən qarlı hava şəraiti aeroportun işinə təsir etməyib backend

Hazırda Bakı şəhəri və Abşeron yarımadasında müşahidə olunan qarlı hava şəraiti Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə maneçilik yaratmayıb.

Hava Limanından “Report”a bildirilib ki, hazırda təyyarələrin yola salınması və qəbulu adi qaydada həyata keçirilir: “Bu gün aviauçuşlar tərtib olunan qrafikə uyğun davam etdirilir. Bu gün, indiyə qədər nəzərdə tutulan heç bir reys təxirə salınmayıb və uçuşların həyata keçirilməsində problem yaranmayıb. Hələki hava limanının fəaliyyətində problem yaranmayıb”.

Qeyd edək ki, bu gün Abşeron yarımadasında havanın temperaturu Abşeronda gecə 0-3 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacağı gözlənilir.