Taksi xidmətləri: Kim daha çox qazanır?

Taksi xidmətləri: Kim daha çox qazanır? backend

Bakıda fərdi taksiçilik üzun müddət öz nüfuzunu qoruyub saxlasa da son dönəmlərdə taksi biznesi ilə məşğul olanların sayı artıb. Səbəb nədir?

Ölkədə nəqliyyatın yüksək inkişaf etməsi əhalinin kəmiyyət tələbəini ödəyə bilmədiyi üçün avtobus və metro stansiyalarda günün pik saatlarında basabasın şahidi oluruq. Digər tərəfdən tıxaclar sürücülərə əl vermir ki, sərnişinlər vaxtında ünvanına çatdırsın. Sərnişinlər isə gec olsun rahat olsun prisnipi ilə taksilərə müraciət edir. Belə məqamda bəzi investorlar taksi sahələrə şaxəli bizneslə rəqbət aparmağın çətinliyindən qorxub taksi biznesinə qoşulublar: “TaxiTap”, “Taxi24”, “189”, “DostTaksi”, “Bakı London taksisi”, “Citytaxi”. Bakı Nəqliyyat Agentliyindən bildiriblər ki, Bakı Nəqliyyat Agentliyindən bildiriblər ki, hazırda Bakıda taksi fəaliyyəti və dispetçer xidməti kimi fəaliyyət göstərən sifarişli taksi xidmətlərinin sayı 10-dan çoxdur: “Fərdi qaydada taksi xidməti ilə məşğul olan fiziki şəxslərin dəqiq statistikası isə hazırda müəyyən edilməkdədir. İndi ASAN Xidmətə rüsum ödəyib onun qəbzini və digər zəruri sənədləri Bakı Nəqliyyat Agentliyinə təqdim etməklə taksi fəaliyyəti üçün fərqlənmə nişanını almaq olar”. Vergillər Nazirliyi açıqlamsında bildiribm ki, Fərqlənmə nişanı taksi sürücüsünün dərhal vergiödəyiciyə çevrilməsi deməkdir: “İşlədi, işləmədi, hər ay büdcəyə 18 manat vergi ödəməlidir, bu qayda taksi şirkətlərindən ötrü də keçərlidir”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, taksi xidmətindən istifadə edən sərnişinlərin sayı son 5 ildə 42 mindən 63 minə çatıb. Ümumiyyətlə, bu xidmət son 15 ildə yalnız artım tendensiyası göstərib və hesab olunur ki, manatın devalvasiyasına baxmayaraq, 2016-cı ildə də artım davam edəcək.

Taksi xidmətindən gəlir də artan xətt üzrə gedib: 2010-cu ildə taksi xidmətindən 84 min manat qazanılıbsa, 2015-ci ildə bu rəqəm 140 min manata yaxın olub.

Dövlət Statistika Komitəsi hesablayıb ki, taksi ilə sərnişindaşımanın xərci illər üzrə artıb, 2010-cu ildə 18 min manata yaxın xərci çıxan taksi sürücüləri ötən il 46 min manat xərcləyiblər. Statistika Komitəsi xərcin təyinatını göstərmir, amma ekspertlər hesab edir ki, xərcin artmasına yanacağın və təmirin bahalaşması səbəb olub. Xərclər hər il 5-7 min manat artıb.

Son bir neçə ildə Bakının taksi mənzərəsi bu adlarla zənginləşib, üstəlik, keçən il taksi bazarına dünyada tanınan və ABŞ-da mənzillənən UBER də qoşulub. Sözü gedən şirkətlərin hansı daha səmərlədiir sualı qarşısında smüştərilər tez tez çətinlik çəkir. Məsələn bu biznesin təməlini qoyan “London taksiləri”nin qiymət baxımında səmərli olduğunu demək çətindir. Bu yaxınlarda Bakının Ramana qəsəbəsindən Sahil metrosunə getmək üçün London taksisi sifariş verdim. Operator telefonu görtürdü göstərilən istiqamətdə guya məsafəyə görə qiyməti açıqladı. Məcbur razılşaıb getməli oldum. Düz 15 dəqiqəlİk yol üçün 12 70 qəpik manat pulumdan keçdim. Bu hələ başlanğıcdır. Elə ki, həmin istiqamətdə qayıtmalı oldum, gözünə döndüyüm sürücü eyni yol üçün 15 manat istədi. Günün elə vaxtı idi ki, yolda tıxac deyilən hala rastlaşmadım. Hələ üstəlik sürücü daha tez lazımı ünvana çatdırdı. Bakı sakini Savalan Hacıyevlə söhbətimiz zamanı bildirdi ki, o da tez tez taski xidmətindən yararlanır. Əsasən də “Uber”lə. Yerli seçimdən üstünlüyü açıq aşkar bəlli olan Uber texnologiyası xüsusu telefon proqramı vasitəsilə sərnişinlərə yerindəcə gedəcyi yolun qiymətini bildirir. Elə oradaca Savalan bəy telefonunu çıxardı və Uber proqramı vasitəsilə Ramana-Sahil yolunun qiymətini açıqladı: 7 manat 45 qəpik. Fərq ortadadır.

Agentlik yeni tələblər qoyur

Yaxın vaxtlarda taksi sürücüləri ilə hökumət arasında yeni narazılıqlar yarana bilər. Bakı Nəqliyyat Agentliyi nəqliyyat vasitəsinin taksi kimi fəaliyyət göstərməsi üçün yeni Bakı Nəqliyyat Konsepsiyası hazırlayır: “Ümumiləşdirilmiş formada bildirmək istəyirik ki, Konsepsiyada mövcud qanunvericilikdə nəzərdə tutulan qaydalardan əlavə, müasir standartlara cavab verəcək taksi xidməti üçün xüsusi tələblər də hazırlanır. Taksi kimi istismar edilən nəqliyyat vasitəsi mütləq texniki baxımdan saz olmalı, ondan istifadə edən sərnişinlərin rahatlığı və təhlükəsizliyi baxımından avtomobil lazımı standartlara cavab verməlidir», - Agentliyin mətbuat xidmətinin rəhbəri Nuridə bildirir.

700 manat qazanc

Bəs, xarici markalı, komfortlu avtomobilini taksiyə çevirən sürücü nə qazanır? Dövlət Statistika Komitəsi hesablayıb ki, taksi sürücüsü ay ərzində orta hesabla 500-700 manat qazanır, hərçənd, statistikada 700 manatlıq maaş 2012-ci ildə qeydə alınıb, ötən il isə məbləğ 600 manata qədər hesablanıb. Taksi şirkətlərinin birində çalışan Elman Əliyev bir ayda 700-900 manat qazandığını söyləyir, təbii, qazancın çoxluğu müştəri sifarişindən, məsafənin uzunluğundan asılıdır. O, qazancının 10 faizini firmaya verir, yanacaq, maşının təmir xərclərini özü qarşılayır.

Taksi fəaliyyəti fərdi şəxslərin narazıçılığına çarə qismən tapılıb. Bunu beynəlxaql şirkətlər təmin edir. Sürücüyə isə lazımdır ki, sadəcə müasir texnoloji imkanlara adaptasiya olunsun. Son illər dünyanın bir neçə ölkəsində sürətlə yayılmağa başlayan və avtomobili olan şəxslərin mobil telefon əlavəsi (application) vasitəsilə boş vaxtlarında taksi xidməti göstərməsinə imkan verən UBER taksi xidməti bazardakı rəqiblərinin etirazları ilə üzləşir. Məsələn, UBER avtomobil sahiblərinə həftədə 400-500 manat qazanmağın mümkün olduğunu bildirsə də bu xidmətdən yaralanan sürücülərdən biri bunu mümkünsüz sayır. O, hesablayır ki, UBER-in taksi qiymətləri ilə qazanmaq üçün həftədə 80 saat işləmək lazımdır: “Bir həftəyə 400 manat qazanmaq üçün ən azı 150 sərnişin aparmalısınız, təxminən 1000 km yol sürməlisiniz, üstəlik, 100 manat benzin xərci”. UBER-lə əməkdaşlıq edən sürücülərdən biri deyir ki, iş rejimləri sərbəstdir, kimsə onları saatlarla işləməyə məcbur etmir. Qazancından da narazı deyil, çünki, adətən, müştərini mənzil başına çatdırandan sonra elə həmin ərazidən başqa bir müştəri götürür və günə 15-40 manat arası qazana bilir. Qazancın 25 faizi UBER-ə, 75 faizi sürücülərə çatır.

Müsahibimiz diş texnikidir, sürücülüklə işdən sonra müəyyən saatlarda məşğul olur və bu işinə əlavə qazanc yeri kimi baxır. Onun sözlərinə görə, UBER-lə əməkdaşlıq edən sürücülər arasında 45-50 min manat dəyərində avtomobili olan şəxslər var: “Xeyir eləməsə, onlar işləyərlərmi?” –müsahibimiz əlavə edir.

Rüfət Soltan
Adalet.az