Son aylarda xarici pasport almaq istəyənlərin müraciətləri artıb. “Dövlət rüsumu haqqında” qanuna əsasən, ümumvətəndaş pasportları maksimum 10 iş günü müddətində verilir.
Qaziler.Az Fins.az-a istinadən xarici pasportlarının verilməsi və dəyişdirilməsi üçün dövlət rüsumlarını təqdim edir:1 yaşınadək uşaqlar üçün - 10 manat;
1 yaşından 3 yaşınadək uşaqlar üçün - 20 manat;
3 yaşından 18 yaşınadək uşaqlar üçün - 30 manat;
18 yaşına çatmış vətəndaşlara - 40 manat.
5 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:
1 yaşınadək uşaqlar üçün - 20 manat;
1 yaşından 3 yaşınadək uşaqlar üçün - 40 manat;
3 yaşından 18 yaşınadək uşaqlar üçün - 60 manat;
18 yaşına çatmış vətəndaşlara - 80 manat.
1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:
1 yaşınadək uşaqlar üçün - 40 manat;
1 yaşından 3 yaşınadək uşaqlar üçün - 80 manat;
3 yaşından 18 yaşınadək uşaqlar üçün - 120 manat;
18 yaşına çatmış vətəndaşlara - 160 manat təşkil edir.
Qeyd edək ki, bu qiymətlər Daxili İşlər Nazirliyinin Miqrasiya Pasport Xidmətində və ASAN Xidmətdə eynidir.