Kür çayı quruyur, ərazidə kiçik adalar əmələ gəlib

Kür çayı quruyur, ərazidə kiçik adalar əmələ gəlib backend

Kür çayının Salyan rayonun razisindən keçən hissəsində suyun səviyyəsi aşağı düşməkdə davam edir. “Report”un Aran bürosu xəbər verir ki, qış fəslinin olmasına baxmayaraq Kür çayında suyun səviyyəsi təkcə son 5 gündə 60 santimetrdən çox aşağı düşüb. Hətta bəzi yerlərdə kiçik adalar da əmələ gəlib.


Çayın səviyyəsinin aşağı düşməsi bəzi çətinliklər yaradıb. Suyun səviyyəsinin aşağı düşməsi nasos stansiyalarının tam gücü ilə işləməsinə mənfi təsir göstərir. Bəzi sakinlərin Kür qırağında quraşdırdıqları kiçik həcimli su nasosları quruda qaldığından həyətyanı sahələrini suvarmaqda çətinliklə üzləşməli olublar.



Qeyd edək ki, bu ilin yanvarın əvvəlindən indiyə kimi Kürün səviyyəsi 1,3 metr aşağı düşüb. Mütəxəssislərin fikrincə, qış aylarında çayda enmələr bu tempdə davam edərsə gələcəkdə vəziyyət kritik həddə çata bilər.