Xəzərdə yenə zəlzələ qeydə alınıb

Xəzərdə yenə zəlzələ qeydə alınıb backend

Xəzər dənizində zəlzələ baş verib. APA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 22:20-də Xəzər dənizində qeydə alınan yeraltı təkanın maqnitudası 3.0 olub.

45 km dərinlikdə baş verən zəlzələ hiss edilməyib.

Qeyd edək ki, ötən gün yerli vaxtla saat 13:06 radələrində Xəzər dənizində 3,3 maqnitudalı zəlzələ qeydə alınmışdı.