Beyninə qan sızan hakim işə çıxdı

Beyninə qan sızan hakim işə çıxdı backend

Bir müddət əvvəl insult keçirən tanınmış hakim Ənvər Seyidov işə çıxıb. Lent.az-ın məlumatına görə, bir müddət əvvəl reanimasiyaya düşən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi bu gündən proseslərə çıxmağa başlayıb.

Bu gün onun icraatında 4 cinayət işi var.

Qeyd edək ki, Seyidov Ənvər Cümşüd oğlu hipertonik kriz, ürək çatışmazlığı və beyin qan dövranının keçiriciliyinin pozulması diaqnozu Mərkəzi Neftçilər Xəstəxanasınn reanimasiya şöbəsinə yerləşdirilmişdi.