Bakı şəhərindəki təhsil müəssisələrinin 10-cu sinif şagirdləri arasında keçirilən bilik yarışında Nəsimi rayonunun 47 nömrəli orta məktəbinin “Fred” komandası 1-ci yeri tutub.
Sözügedən komandanın kapitanı Azərbaycanın Milli Qəhrəmanı şəhid Asif (FRED ASİF) Məhərrəmovun adını daşıyan qardaşı oğlu Fred Asif Ədalət oğlu Məhərrəmovdur.QAZİLER.AZ saytı Fred Asifin atası, 2-ci qrup Qarabağ qazisi Ədalət Məhərrəmova istinadən xəbər verir ki, qaliblərə kubok, diplomlar verilib.
Xatırladaq ki, Bakının Nəsimi rayonundakı 47 nömrəli orta məktəbin 10-cu sinif şagirdi olan Fred Asif Məhərrəmov ötən il məktəbin 9-cu sinfini fərqlənmə şəhadətnaməsi ilə bitirib.



