Naxçıvan Muxtar Respublikasında son illərin ən sərt qışı yaşanır. Belə ki, termometrlər gecə saatlarında 15-20 dərəcə şaxta göstərir. QAZİLER.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, muxtar respublika ərazisində 2 aya yaxındır havanın temperaturu 0 dərəcədən aşağıdır. Bulaq və dağ çayları, su anbarları və göllər tamamilə buz bağlayıb. Sinoptiklərin məlumatına görə, belə şaxtalı havalar qarşıdakı günlərdə də davam edəcək.
Qeyd edək ki, qışa hazırlıq işləri vaxtında görüldüyündən güclü şaxta olan günlərdə belə istər istilik, istərsə də nəqliyyat təsərrüfatında heç bir çətinlik yaşanmır.