Bu beş şirkətin üzvlüyünə xitam verildi

Bu beş şirkətin üzvlüyünə xitam verildi backend

Bakı Fond Birjası QSC-də (BFB) 5 şirkətin üzvlüyünə xitam verilib. Birjadan Axar.az-a verilən məlumata görə, Bakı Fond Birjası QSC-nin (BFB) Üzvlük Komissiyasının qərarı ilə 2016-cı ilin yanvar ayından etibarən üzvlüyü dayandırılmış BROKDİL-AZ MMC, Çelsi Kapital MMC, Bob Broker MMC, Standard Kapital MMC və Dəmir investisiya şirkəti QSC Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu və BFB-nin Üzvlük qaydalarına uyğun olmadıqlarına görə BFB-də üzvlüyünə xitam verilib.


Qeyd olunmuş təşkilatların qanunvericiliyə uyğunlaşması üçün lazımi prosedurlar bitdikdən sonra onların üzvlüklərinin yenidən bərpasına baxılması BFB tərəfindən nəzərdən keçiriləcək.

Qeyd edək ki, BROKDİL-AZ, Bob Broker MMC, Standard Kapital MMC və Dəmir investisiya şirkəti QSC BFB-nin səhmdarları olmaqda davam edirlər.

Hazırda BFB-nin Kapital Menecment İ.Ş. ASC, İnvest-AZ İ.Ş. QSC, Az-Finans İ.Ş. QSC, Unicapital İ.Ş. ASC, Paşa Kapital İ.Ş. QSC və PSG-Kapital İ.Ş. QSC daxil olmaqla 6 üzvü var.