Amerikalı yeni həmsədrdən Qarabağ açıqlaması

Amerikalı yeni həmsədrdən Qarabağ açıqlaması backend

ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsində nizamlanmanın əldə olunması üçün beynəlxalq hüquq, BMT Nizamnaməsi və Helsinki Yekun Aktının prinsipləri əsasında danışıqların davam etdirilməsi üçün səylərini davam etdirəcək.

Trend-in məlumatına görə, bunu news.am saytının sualına cavab olaraq Minsk Qrupunun amerikalı yeni həmsədri Riçard Hoqland deyib.

Onun sözlərinə görə, Minsk Qrupunun həmsədrləri yanvarın 9-u verilmiş bəyanata sadiq qalırlar: “Biz münaqişə tərəflərinin səylərimizin fayda verməsinə inanmasınadək vasitəçilik fəaliyyətimizi davam etdirəcəyik”.