Gömrükçülər 24 ədəd fişəng aşkar edib

Gömrükçülər 24 ədəd fişəng aşkar edib backend

Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan vətəndaşının əl yüklərinə “Heimann X-ray” markalı texniki nəzarət vasitəsi ilə gömrük baxışı keçirilib.

DGK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yoxlama zamanı əl yükü olan bir ədəd qutudan gömrük nəzarətinə bəyan edilməyən, üzərində “Approved solas 74/96” sözləri yazılan 24 ədəd işarəverici fişənglər aşkar edilib.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.