Qarabağ əlilləri Prezidentin ətrafında sıx birləşiblər - açıqlama

Qarabağ əlilləri Prezidentin ətrafında sıx birləşiblər - açıqlama backend

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin mətbuat xidməti Qarabağ əlili Malik Məcidovla haqqında Azadlıq.info saytında gedən məlumat bağlı açıqlama yayıb. Açıqlamada deyilir:

“Azadlıq.info saytında Şakir adlı müəllifin Qarabağ müharibəsi əlili M.Məcidova istinadən yazdığı heç bir fakta söykənməyən, reallıqdan uzaq, ancaq təmsil etdiyi düşərgənin siyasi maraqlarına xidmət edən etikadan kənar cızma-qarası adamda dərin hiddət və təəssüf hissi yaradır. Məqalədə adı çəkilən M.Məcidov dövlətin Qarabağ əlillərinə göstərdiyi böyük-diqqət və qayğıdan yetərincə bəhrələnib. Faktlara nəzər salaq: Məcidov Malik Qardaş oğlu Qarabağ müharibəsi əlili kimi, subay olaraq, 1992-ci ildə Sumqayıt şəhəri 18-ci məhəllə, ev 2/29, mənzil 16 ünvanında ikiotaqlı mənzillə təmin edilmişdir.

O, 2001-ci ildə yenidən Qarabağ müharibəsi əlili kimi Sumqayıt şəhər İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış və 2003-cü ildə şəhid ailələri və Qarabağ əlilləri üçün inşa olunmuş 47-ci məhəllə, ev 7, mənzil 6-da 2 otaqlı mənzillə təmin olunmuşdur.

M.Məcidov 2004-cü ildə həmin mənzili sataraq həyat yoldaşı İradə Süleymanovanın adına 19-cu məhəllə, ev 9/20, mənzil 18 ünvanında iki otaqlı mənzil almışdır.

2007-ci ildə ona şəhid ailələri və Qarabağ əlilləri üçün inşa olunmuş 18-ci mikrorayon, ev 38, mənzil 26 ünvanında yenidən 2 otaqlı mənzil verilmişdir.

2010-cu ildə 18-ci mikrorayondakı mənzilini də satmış və “Xəzər” bağları ərazisində 8 cot torpaq sahəsi olan həyət evi almışdır. Hazırda həmin evdə yaşayır. 2010-cu ildən həyat yoldaşının mülkiyyətində olan 19-cu məhəllə, ev 9/20, mənzil 18 ünvanında qeydiyyatdadır. Bunlardan başqa M.Məcidova Qarabağ əlili kimi ticarət fəaliyyəti məqsədilə torpaq sahəsi, avtomobil də verilmişdir. Ona müxtəlif məsələlərlə bağlı da dəfələrlə köməklik olunmuşdur.

Göründüyü kimi, M.Məcidov qanunla müəyyən olunmuş imtiyazlardan bir neçə dəfə istifadə edib. Məlum olan odur ki, müəllif Qarabağ əlilindən öz çirkin siyasi məqsədləri, ambisiyaları məqsədilə uğursuz cəhd edir. Şakirkimilər siyasi məqsədləri, çirkin oyunları naminə bütün yalanlara əl atır, Qarabağ əlilini də bu yalanlara alət edir.

Ancaq Şakirkimilər unudurlar ki, Respublikamızın ərazi bütövlüyü uğrunda həyatlarından və sağlamlıqlarından keçmiş Qarabağ əlilləri belə çirkin oyunlara qoşulmayaraq, onlara yüksək diqqət və qayğı göstərən cənab Prezidentin ətrafında sıx birləşib, onun fəaliyyətini dəstəkləyirlər.”

Qaziler.az saytı bununla bağlı Qarabağ qazisi, jurnalist Rey Kərimoğlunun mövqeyini də öyrənib. R.Kərimoğlu belə halların baş verməsindən təəssüfləndiyini bildirib. O, qeyd edib ki, yaxın günlərdə müharibə yönümlü təşkilatlar bir araya gələrək bu kimi neqativ halların araşdırılması və qarşısının alınması üçün səmərələi işlər görülməsi üçün müzakirələr aparacaq.
Diaspora