Təhsil Nazirliyi prosesin məhz qış imtahan sessiyasında baş verməsinə aydınlıq gətirib
“Təfəkkür” və “Qafqaz” universitetlərinin fəaliyyətinin məhz semestr imtahanlarına təsadüf etməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəziləri düşünür ki, bu addımı tədris ili başa çatdıqdan sonra da atmaq olardı.Qaziler.az Xezerxeber.az-a istinadən məlumat verir ki, Təhsil Nazirliyi prosesin məhz qış imtahan sessiyasında baş verməsinə aydınlıq gətirib.
Nazirliyin sektor müdiri Cəsarət Valehov hər iki universitetin tələbələrinin başqa universitetlərə yerləşdirilməsinə start veriləcəyi vaxtı da açıqlayıb.
Cəsarət Valehov yerləşdirilmə prosesinin çevik icrası üçün iş aparıldığını vurğulayıb.
Nazirliyin rəsmisi bir sıra universitetlərin bağlanacağı, eləcə də bəzi dövlət universitetlərinin birləşdirilə biləcəyi ilə bağlı iddialara cavabında isə bildirib ki, bu cür məlumatların heç bir əsası yoxdur və belə bir addımın atılması hazırda gündəmdə deyil.