“QHT-lər bəzi konqresmenləri öz təsirləri altına alıblar”

“QHT-lər bəzi konqresmenləri öz təsirləri altına alıblar” backend

"Hər şeydən əvvəl, müraciətdə yer alan fikirlər yanlış olub, reallığı əks etdirmir.

Çünki müraciətin altında imzası olanlardan iki nəfər azərbaycanlının Azərbaycan dövlətinə olan mənfi baxışları hamıya məlumdur".

Qaziler.az qhtxeber.az-a istinadən bildirir ki, bunu Azərbaycanda guya insan haqlarının pozulmasına dair ABŞ-ın dövlət katibi Con Kerriyə göndərilən açıq məktubu şərh edərkən Milli Məclisin deputatı, AMEA Dünya Siyasəti İnstitutunun direktoru Musa Qasımlı deyib.

M. Qasımlı bildirib ki, belə bir müraciətin konkret məqsədləri var - Azərbaycan dövlətini gözdən salmaq, Azərbaycan-ABŞ münasibətlərini korlamaq: "İki ölkə arasında münasibətlərin korlanmasından hansı dövlətlər udacaq? Məncə, hər şey aydındır. QHT-lərin bəzi konqresmenləri öz təsirləri altına almaları, Bakı və Vaşinqton arasında münasibətləri pozmaq və ya soyuqlaşdırmaq cəhdləri bir nəticə verməyəcək. Azərbaycan və ABŞ-ı bir çox ortaq maraqlar birləşdirir. Münasibətlərin soyuqlaşması tərəflərin heç birinin mənafelərinə uyğun deyil".
Diaspora