Azərbaycanda uzun zamandır müzakirəsi ləngiyən tütün məmulatlarının istifadəsinin bir çox yerdə qadağan edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq.
Milli Məclisdən APA-ya verilən məlumata görə, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi parlamentin yaz sessiyasının iş planına daxil edilib.Qanun layihəsində tütün məmulatlarından istifadənin bir çox yerdə qadağan olunmasına dair müddəalar əksini tapıb.