Qambiyada seçkiləri uduzsa da, postunda qalmaq üçün xeyli mübarizə aparan prezident Yahya Jammeh ölkəni tərk etdikdən sonra dövlət xəzinəsindən 11 milyon dollar yoxa çıxıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hazırki prezidentin məsləhətçisi məlumat yayıb:
“Xəzinə faktiki olaraq boşdur. Bunu Qambiyanın Maliyyə Nazirliyi və Mərkəzi Bankınln texniki mütəxəssisləri də təsdiqləyib”.Məsləhətçi Ahmet Fetti jurnalistlərə ölkənin maddi sıxıntı içərisində olduğunu deyib. Lakin jurnalistlər müstəqil mənbələr vasitəsilə Jammehin son iki həftədə büdcədən 11 milyon dollardan çox pul çıxarmasını təsdiqləyə bilməyiblər.
Xatırladaq ki, eks-prezident seçkini uduzsa da, 22 il iqtidarda qaldıqdan sonra postunu tərk etmək istəməyib. Lakin bölgə liderləri və hərbi müdaxilədən sonra sürgünə getmək məcburiyyətində qalıb.
Qafqazinfo.az saytı ilə əlaqə üçün E-mail: [email protected]