Lider TV-dən jurnalistin qovulmasına - MÜNASİBƏT

Lider TV-dən jurnalistin qovulmasına - MÜNASİBƏT backend

Rusiya Xarici İşlər naziri Lavrova verdiyi suala görə işdən çıxan Lider TV-nin Moskva müxbiri Anar Həsənov hələ də müzakirə olunmaqdadır. Lider TV-nin mövzu ilə bağlı açıqlama verməməsi isə qeyri-rəsmi versiyaların sayını artırır. Maraqlıdır, Lider TV əməkdaşı Sergey Lavrovun mətbuat konfransında səsləndirdiyi sualı redaksiya ilə razılaşdırmışdımı? Sual razılaşdırılmışdısa, Anar Həsənovun işdən çıxarılmasının səbəbi nədir? Razılaşdırılmamışsa, onunla müqaviləyə xitam verən Lider TV bu səbəbi əsas olaraq göstəribmi?

Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Lider TV-nin daxili işlər üzrə şöbəsindən bildirildi ki, onların ümumiyyətlə “heç nədən xəbərləri yoxdur”:

“Nə bu hadisə, nə də jurnalist Anar Həsənovun işdən çıxarılması haqda heç bir məlumatımız məlumatımız yoxdur”.

Qeyd edək ki, Lider TV-nin Moskva üzrə müxbiri Anar Həsənov Rusiyanın xarici işlər naziri Sergey Lavrova “Azərbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi təqdirdə Moskva necə hərəkət edəcək: buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq” sualına Lavrov “Dağlıq Qarabağ ərazisində güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil” cavabını verib. Onun bu sözləri Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Baş verən qalmaqal fonunda Lider TV-nin Moskva üzrə müxbiri Anar Həsənovun işdən çıxarılması ilə bağlı xəbərlər yayılıb. A.Həsənov “Azadlıq” radiosuna verdiyi açıqlamada işdən çıxarıldığını təsdiq edib.