Dağlıq rayonlara gedən yollarda vəziyyət necədir?

Dağlıq rayonlara gedən yollarda vəziyyət necədir? backend

Respublikanın dağlıq ərazilərinə ötən axşam və gecə yağan qar səbəbi ilə hazırda avtomobil yollarında hər-hansı bir problem müşahidə olunmur.

Bu barədə Lent.az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. O, bildirib ki, 24 saat ərzində vəziyyətə nəzarət həyata keçirilib: “Yollara cəlb olunmuş qar təmizləyən texnika və canlı qüvvə tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətində təhlükəsizlik və fasiləsizlik təmin olunub”.