Qaziler.az qhtxeber.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Post 2015: Qlobal çağırışlar şəraitində Azərbaycanın davamlı inkişafının idarə edilməsi” mövzusunda respublika elmi-praktik konfransı işə başlayıb.
Tədbiri DİA Dövlət Gömrük Komitəsinin Akademiyası ilə birgə təşkil edib.Konfransın açılışında DİA-nın rektoru, akademik Urxan Ələkbərov tədbirin əhəmiyyətindən söz açıb.
Bildirib ki, tədbirin keçirilməsində məqsəd Azərbaycanın iqtisadi inkişafında əldə etdiyi uğurların açıqlanması, qlobal miqyaslı çağırışlardan meydana gələn problemlər, onların həlli yolları və ölkənin davamlı inkişafının idarə edilməsinin elmi əsaslandırılmasıdır.
Sonra məruzələr dinlənilib, müzakirələr aparılıb.
Konfransın yekununda gənc məruzəçilərə sertifikatlar veriləcək.