Hər həftənin şənbə və bazar günü qızıl bazarında canlanma müşahidə olunur
Hər həftənin şənbə və bazar günü qızıl bazarında canlanma müşahidə olunur. Maraqlıdır, bazarda daha çox hansı qızıla təlabat var? Əməkdaşlarımız qızıl bazarında tələbat və qiymətlərlə maraqlanıblar.Xezerxeber.az-ın məlumatına görə, qızıl satışının həyata keçirildiyi ticarət mərkəzlərində həftə sonları canlanma müşahidə olunur. Ucuzundan bahalısına, xırdasından böyüyünə qədər hər zövqə uyğun qızıl-zinət əşyasını burada tapmaq mümkündür.
Məlum olub ki, bir komplektin qiyməti 45 min manatdır. Hələ bu harasıdır, 100 mindən yuxarı olanı da var.
Qiymət qızılın əyarından asılı olaraq dəyişir.
Ən çox təlabat isə italyan qızılınadır. Satıcılar ən çox ərəb qızılını almağı məsləhət görürlər.
Alıcılar arasında toy üçün qızıl axtaranlar da var idi, hədiyyə seçən də.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: