Mazandaran vilayətinin iş adamları Azərbaycana səfər edəcək

Mazandaran vilayətinin iş adamları Azərbaycana səfər edəcək backend

“Mazandaran vilayətinin iş adamları Azərbaycana səfər edəcək”. APA-nın İranda səfərdə olan əməkdaşının verdiyi məlumata görə, bunu azərbaycanlı jurnalistlərinə Mazandaran vilayətinin Sənaye, Mədənlər və Ticarət təşkilatının rəhbəri Məhəmməd Məhəmmədpur Omrar deyib.

Onun sözlərinə görə, səfərin yaxın aylarda baş tutması gözlənilir, bununla bağlı hazırlıq işləri gedir: "Biz əlaqələrin inkişaf etdirilməsində maraqlıyıq".

M. Məhəmmədpur Omrar qeyd edib ki, hazırda vilayətlə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 120 milyon dollardır.

Təşkilat rəhbəri, vilayətdə istehsal olunan məhsulların Azərbaycan vasitəsilə Rusiyaya və digər ölkələrə ixrac edilməsində maraqlı olduqlarını da deyib.
Diaspora