MİSİR MƏDƏNİYYƏT MƏRKƏZİNDƏ “ELM ŞƏNLİYİ” LAYİHƏ TƏŞKİLATÇILARI VƏ İŞTİRAKÇILARI ÜÇÜN TƏDBİR

MİSİR MƏDƏNİYYƏT MƏRKƏZİNDƏ  “ELM ŞƏNLİYİ” LAYİHƏ TƏŞKİLATÇILARI VƏ İŞTİRAKÇILARI ÜÇÜN TƏDBİR backend

Məlum olduğu kimi 23 dekabr 2016-cı il tarixində Xəzər Universitetinin Mərmər salonunda “Elm şənliyi” layihəsinin son tədbir mərhələsi keçirildi. Bu barədə QAZİLER.AZ-a “ELM ŞƏNLİYİ” layihə mətbuat xidməti məlumat verib.

Tədbir Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun, Xəzər Universitetinin, Baku New Hotel-in və Azərbaycan Arxeoloqlar Cəmiyyətinin dəstəyi və adı çəkilən müəssisələrin əməkdaşlarının təşəbbüsü ilə gerçəkləşdirilmişdir.

Layihə çərçivəsində gerçəkləşdirilmiş Qədim Şərqin tarixi, coğrafiyası, mədəniyyəti və ədəbiyyatı üzrə intellektual müsabiqədə təqdim olunan hədiyyələr xüsusi olaraq Misirdən həmin ölkənin Azərbaycandakı Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi tərəfindən sifariş olunmuşdu.



Xatırldaq ki, “Elm şənliyi” layihəsi çərçivəsində gerçəkləşdirilmiş Qədim Şərqin tarixi, coğrafiyası, mədəniyyəti və ədəbiyyatı üzrə intellektual müsabiqədə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələrindən təşkil olunmuş komandası qələbə qazandı.



Keçirilmiş tədbirin yekunları və gələcək fəaliyyətlər ilə bağlı 18 yanvar 2017-ci il tarixində “Elm şənliyi” layihəsinin aparıcı tərəfdaşlarından olan Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində mərkəzin rəhbəri Dr. Əhməd Sami Elaydinin təşəbbüsü ilə təşkilatçılar və iştirakçılar üçün dəvət təşkil olundu. Tədbiri giriş sözü ilə mərkəzin rəhbəri Dr. Əhməd Sami Elaydi açaraq bildirdi ki, Azərbaycan və Misir arasında mədəni və təhsil əlaqələri bu gün özünün ən mütərəqqi dövrünü yaşamaqdadır. O, Azərbaycan və Misir xalqlarının ortaq tarixi, mədəniyyəti, dil və din birliyindən bəhs etdi. Daha sonra Misir haqqında qısa video çarx nümayiş olundu. Əhməd bəy “Elm şənliyi” layihəsinin mütərəqqi əhəmiyyətindən və Misir-Azərbaycan əlaqələrinin güclənməsindən söz açdı. Tədbiri öz dərin və məzmunlu çıxışı ilə Xəzər Universitetinin Təhsil fakültəsinin dekanı Elza Səmədova davam etdirdi. Elza xanım gənclər üçün əhəmiyyətli məsələlərdən barədə məlumat verdi. Eyni zamanda Xəzər Universitetinin elm və təhsil ilə bağlı layihə və tərəfdaşlığa hazır olduğunu bildirdi. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri Firdovsiyə Əhmədova və qalib komandanın rəhbəri Həvva Məmmədova elm və tədrisin əhəmiyyətindən bəhs etdilər.



Tədbirdə layihənin redaksiya heyətinin rəhbəri, BDU-nin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri prof. Q.S. İsmayılzadə iştirak edirdi. Onun maraqlı və ibrətamiz çıxışı hər kəsdə dərin maraq oyatdı. Daha sonra layihənin rəhbəri Turanə Zamanova tərəfdaşlara təşşəkkürünü bildirdi və belə layihələrin təşkilindən və əhəmiyyətindən bəhs etdi. Layihənin gedişatı ilə bağlı və görülmüş işlər ilə əlaqədar AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Orxan Zamanov məlumat verdi. Çıxışlar zamanı layihənin tərəfdaşlarına və təşkilatçılarına təşəkkür bildirildi və gənclər ilə bağlı tədbirlərin davamlı olması vurğulandı.

Tədbirin rəsmi hissəsindən sonra dəvətlilərə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olan maraqlı eksponatlar və zəngin kitabxana nümayiş olundu. Daha sonra çay süfrəsi arxasında elmin və təhsilin inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı. Gələcəkdə “Elm şənliyi” layihəsinin davam etdirilməsi zərurəti müzakirə olundu. Tədbirdə Xəzər Universitetinin tələbələrindən ibarət könüllülər və müxtəlif təşkilatlardan olan gənc mütəxəsislər iştirak edirdilər. Dəvət qonaqların müsbət təəssüratı ilə yekunlaşdı.


https://www.facebook.com/scienceparty2016/
[email protected]