NASA 2016-cı ilin tarixin ən qızmar ili olduğunu açıqlayıb. Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, NASA və Britaniya Meteorologiya qurumu olan MET şirkətinin açıqladığı məlumatda bildirilir ki, ötən il 2015-ci ildən təxminən 0.07 dərəcə daha çox isti müşahidə olunub.
Alimlər daha əvvəl də 2016-cı ilin yayında rekord dərəcədə istilik müşahidə ediləcəyini demişdi.NASA-nın rəsmisi bildirib ki, 2016-cı il 2015-ci ili təxminən 0.1-0.12 dərəcə ilə ötüb.
Araşdırmaçılar 2017-ci ilin ən isti il rekordunu yeniləyəcəyini düşünmürlər, amma ən isti 5 ildən biri olacağı ehtimalı var.