Seymur Verdizadə: “Təbiətə qənim kəsilən şəxslərə qarşı hamılıqla mübarizə aparmalıyıq”

Seymur Verdizadə: “Təbiətə qənim kəsilən şəxslərə qarşı hamılıqla mübarizə aparmalıyıq” backend

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən "Sağlam Azərbaycan Naminə!” – Yaşıl Maarifləndirmə” adlı layihənin icrası davam etdirilir.

Qaziler.az Mia.az-a istinadən xəbər verir ki, layihə çərçivəsində növbəti tədbir Bakı şəhərindəki Müasir İnnovasiyalar Liseyində baş tutub.

"Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə qeyd edib ki, son illər Azərbaycanda ekoloji maarifçilik sahəsində xeyli iş görülüb.

Natiq deyib ki, ölkədə ekoloji mühitin qorunmasında dövlət qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatlarının, o cümlədən, vətəndaşların üzərinə xeyli iş düşür: "Ekologiyanı korlayan, təbiətə qənim kəsilən şəxslərə qarşı hamılıqla mübarizə aparmalıyıq”.

S.Verdizadə məktəbliləri təbiətə zərər vurmamağa, yaşıllıqların qeydinə qalmağa səsləyib. Jurnalist deyib ki, sağlam ekoloji mühit sağlam cəmiyyətin əsas atributlarından biridir.

Sonda tədbir iştirakçılarına sertifikatlar paylanılıb.
Diaspora