İtaliyanın mərkəzində 5,4 bal gücündə zəlzələ olub. “Report” "Habertürk"ə istinadən xəbər verir ki, yeraltı təkanlar ölkə paytaxtı Romada da hiss edilib.
Məlumata görə, zəlzələ Mark və Abrutsso bölgələri arasında yerləşən ərazidə baş verib.
Hələlik dağıntı və tələfat haqda əlavə informasiya verilməyib.