Qarabağda yaralanan erməni əsgər Yerevanda öldü

Qarabağda yaralanan erməni əsgər Yerevanda öldü backend

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yaralanan erməni əsgər Qarik Vardanyan Yerevanda hərbi hospitalda ölüb. Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Bildirilib ki, hərbi hospital yerləşdirilən Vardanyanda beyin xərçəngi aşkarlanmışdı.

Qeyd edək ki, Qarik Vardanyan ötən il dekabrın 30-da Dağlıq Qarabağda baş verən atışma zamanı yaralanmışdı.