Şəhid Nəcməddin Savalanov haqqında sənədli film çəkilib

Şəhid Nəcməddin Savalanov haqqında sənədli film çəkilib backend

Həyatda çox yollar var.Tale yönümlü bu yolların, cığırların qovuşaraq birgə və yaxud ayrı-ayrılıqda son mənzilə çatacaq qəribə, müəmmalı, müxtəlif həyat tərzləri var. Bu yollardan biri və müqəddəsi də ölməzliyə, şəhidliyə aparan yoldur. Bu yolun yolçusu olmaq üçün ən ümdəsi, gərək damarlarında döyüşkən ulu babalarının saf qan daşıcıyıları ola. O toxumlar, o hüceyrələr min ilin yolçusu ola. Bu mütləqdir!

Aprel döyüşlərində qəhramancasına həlak olmuş, N saylı hərbi hissədə Qərargah rəisi kapitan şəhid Nəcməddin Savalanov haqqında sənədli film hazırlanıb.

Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası dəstəyi ilə ərsəyə gələn filmdə şəhid Savalanovun izi ilə onun dünyasına aparan yol soraqlanıb. Filmdə şəhidimizin 3 yaşlı oğlu Amiddən tutmuş anasınadək, qızları Leyla və Nuraydan başlamış, məktəbdən, eldən-obadan olan dostları, hərbi ali məktəbdən, korpusdan, qərargah rəisi olduğu hərbi-hissədən, aprel döyüşlərindən silahdaşları, şəhid Savalanov haqqında danışıblar.

Allah sənə və bütün şəhidlərimizə rəhmət eləsin!