İcra başçısı “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

İcra başçısı “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib backend

Prezident İlham Əliyev Mübariz Əhmədzadənin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Qaziler.az-ın məlumatına görə, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Mübariz Cuma oğlu Əhmədzadə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, M.Əhmədzadənin yanvarın 15-də 70 yaşı tamam olur. O, hazırda Zaqatala Rayon İcra Hakimiyyətinin başçısıdır.