Bir məqalə yazaraq fiziki məhdudiyətli insanlara dəstək olun

Bir məqalə yazaraq fiziki məhdudiyətli insanlara dəstək olun backend

Əziz dostlar. Mümkünsə əlillik və əlilliyi olan insanlarla bağlı məqalə və ya şeir yazaraq [email protected] mail ünvana göndərin. Göndərilən məqalələrdən 50 ədədi seçilərərək kitab şəklində nəşr ediləcək. Kitab çap olunduqdan sonra müəlliflərin də iştirakı ilə təqdimat və satış tədbiri təşkil ediləcək. Kitabların satışından əldə olunacaq pul vəsaiti ilə əlil arabaları, dərman və digər zəruri əşyalar alınacaq və yenə də böyük bir tədbir təşkil edilərək, ehtiyacı olan əlil insanlara paylanılacaq. Məqalənin həcmi 1səhifədən 5 səhifəyədək ola bilər.

Hansısa əlil insan haqda yaza bilərsiniz, əlillik və əlil insanlar haqda öz düşüncələrinizi qeyd edə bilərsiniz, əlilliyi olan insanlara müraciət ünvanlaya bilərsiniz, əlillərin cəmiyyətdə yeri və rolu barədə yaza bilərsiniz, insanlar arasında əlil insanlarla bağlı sorğu keçirə bilərsiniz. Ümumiyyətlə əlillik mövzusunun istənilən tərəfi haqda yaza bilərsiniz. Məqalənin altında adınızı və telefon nömrənizi yazmağı unutmayın. Yazılarınızı fevralın 15-dək [email protected] mail adresimə göndərməyi unutmayın.

Cəmi bir məqalə yazmaqla yüzlərlə əlil insanı əlil arabası, dərman və digər zəruri məhsullarla təmin etmək istəyən hər kəsi layihəyə qoşulmağa dəvət edirəm


Samir İmanov