Azərbaycan Dövlət İqtisad Universitetinin 'İnformatika' kafedrasının müəllimi Sevda ismayılovanın öldüyü qəza ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsindən açıqlama verilib.
Qaziler.az bildirir ki, Ölkə.Az-a danışan qurumun ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, qəza ilə bağlı yayılan məlumatlar əsassızdır.Bölmə rəisinin sözlərinə görə, hadisədən əvvəl xanım sürücü yol polisi tərəfindən saxlanılmayıb. Hadisə zamanı da sənədlər avtomobildə olub və oğlu tərəfindən polislərə təqdim olunub.
Vaqif Əsədov bildirib ki, hazırda faktla bağlı Binəqədi Rayon polis İdarəsində araşdırmalar davam etdirilir.