İl yarıma “Amazon” şirkəti 100 000-dən artıq yeni iş yeri açacaq. İKT.lent.az-ın “ixbt.com” saytın istinadən məlumata görə, hətta ən uğurlu şirkətlər belə yeni ixtisar dalğalarını elan etdiyi bir vaxtda “Amazon” əməkdaşlarının ştatının genişləndirmək niyyətini açıqlayıb.
Şirkət növbəti il yarım ərzində 100 mindən artıq yeni iş yeri açacaq. Burada söhbət bütün günü əhatə edən tam iş yerlərindən gedir. Arayış üçün bildirək ki, hazırda şirkətdə 180 min nəfər çalışır. 2011-ci ildə isə bu rəqəm 30 min nəfərə çatıb.
“Amazon” bildirib ki, yeni iş yerləri bütün ölkə üzrə müxtəlif təcrübəyə, təhsil və bacarıqlara malik insanlar üçün yeni imkanlar yaradacaq. İş yerlərinin böyük sayı Texas, Kaliforniya, Florida, Nyu-York və digər ştatlarında yaradılacaq yeni bölüşdürmə mərkəzlərinin sayəsində qurulacaq.
Bundan başqa, “Amazon” təhsilli iş verməkdə və veteranları işə götürməkdə, həmçinin tam olmayan qrafiklə işləmək imkanı verməkdə davam edəcək.