92 nömrəli avtobusun hərəkət istiqaməti dəyişdirildi

92 nömrəli avtobusun hərəkət istiqaməti dəyişdirildi backend

Müntəzəm sərnişindaşıma ilə məşğul olan 92 nömrəli marşrut xəttinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən ( BNA) Lent.az-a verilən məlumata görə, Xocəsən-Binəqədi-Biləcəri yolunun bir hissəsinin asfalt örtüyünün yenidən salınması ilə əlaqədar 92 nömrəli marşrut xətti son dayanacaq kimi "Dördyol" adlandırılan ərazidən dönərək əks istiqamətdə hərəkətini davam etdirəcək.