Təhsil Nazirliyində yeni kadr təyinatı həyata keçirilib. APA-nın xəbərinə görə, Mətin Eynullayev təhsil nazirinin yeni müavini təyin olunub. Bu barədə prezident İlham Əliyevin müvafiq sərəncam imzalayıb.
Təhsil Nazirliyindən APA-ya bildirilib ki, Mətin Eynullayev indiyədək Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.