Sakinlərin nəzərinə: Bu rayonda təbii qaz olmayacaq

Sakinlərin nəzərinə: Bu rayonda təbii qaz olmayacaq backend

Bu gün saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Bahar Enerji Əməliyyat Şirkəti əsas ölçü qovşağı”da cari təmir işləri aparılacaq.

Bu barədə “Azəriqaz” İB-də Qaziler.az-a bildirilib.

Qurumdan qeyd edilib ki, aparılan işlərin Bakı şəhəri Xətai rayonunun bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi mümkündür.