“Azadinform”un yaranmasından 18 il ötür - TƏBRİK

“Azadinform”un yaranmasından 18 il ötür - TƏBRİK backend

Bu gün "Azadinform” İnformasiya Agentliyinin yaranmasından 18 il ötür.

Media qurumunun baş redaktoru Niyaz Niftiyev BakiPost.az-a açıqlamasında bildirib ki, 18 il bir informasiya agentliyinin davamlı fəaliyyəti üçün böyük rəqəmdir: "Biz fəaliyyətə başlayanda 3, ya da 4 bu tip media qurumu var idi. Düşünürəm ki, siyasi proseslərin çox gərgin zamanına təsadüf edən bu başlanğıc uğurlu olub. Fasiləsiz olaraq çalışmışıq. Bu gün də Azərbaycan, rus və ingilis dillərində xəbər yayımının davam etdiririk."

Qaziler.az saytı "Azadinform” İnformasiya Agentliyinin yaranmasının 18 ili ilə əlaqədar təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayır.