ATV-dən “Yoxlama” verilişi ilə bağlı — SƏRT BƏYANAT

ATV-dən “Yoxlama” verilişi ilə bağlı — SƏRT BƏYANAT backend

Azad Azərbaycan Teleradio Yayım Kampaniyası “Yoxlama” verilişi ilə bağlı bəyanat yayıb.

Ölkə.Az xəbər verir ki, bəyanatda bildirilir ki, kanalda yayımlanan “Yoxlama” verilişinin ətrafında qoparılan növbəti süni və saxta hay-küy tamamilə əsassızdır.

"Həmçinin, məlum məktəb rəhbərliyi tərəfindən fəaliyyətlərindəki nöqsanların ifşasının qarşısını böhtan atmaqla örtməyə çalışmaqdan başqa bir şey deyil. Dəyərli Azərbaycan ictimaiyyətinə müraciət edir və bildiririk ki, 10 yanvar tarixində, saat 23:00-da ATV kanalında "Yoxlama" verilişinin sözügedən buraxılışını izləyərək, məlum iddiaların nə qədər əsassız və yersiz olduğunu öz gözləri ilə görə bilərlər. Bizim məqsədimiz yalnız və yalnız övladlarının sağlam və gigiyenik qidalanmasını arzulayan valideynlərin müraciətlərinə əsasən sadə yoxlama aparmaq idi. Yoxlamanın nəticəsini isə özünüz yanvarın 10-u, 23:00-da görəcəksiniz".

Xatırladaq ki, “ATV” telekanalında yayımlanan “Yoxlama” verilişinin çəkilişi zamanı daha bir qalmaqal yaşanıb.

Xətai rayonu, Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbin rəhbərliyi bildirib ki, 6 yanvar 2017-ci il tarixində saat 14:30 radələrində üçüncü növbədə təhsil alan şagirdlərin qəbulu zamanı 12 nəfərdən artıq idmançı görünüşlü şəxslər, o cümlədən “Yoxlama” verilişinin aparıcısı Azər məktəbə gəlib.

Nəticədə. məktəbdə baş verən qalmaqal zamanı bir uşağın xəsarət aldığı bildirilirdi.