"İlk dəfədir ki, bu cür uğurlu hesabat dinləyirəm"
Millət vəkili Hesablama Palatasına təkliflər verib.Qaziler.az ANS PRESS-ə istinadən bildirir ki, deputat Vahid Əhmədov Hesablama Palatasının hesabatı haqqında fikirlərini bildirib.
O, qeyd edib ki, artıq on ildən çoxdur ki, Hesablama Palatasının hesabatlarını dinləyirik. Millət vəkili etiraf edib ki, ilk dəfədir ki, bu cür uğurlu hesabat dinləyib:
“Mən Vüqar Gülməmmədovu təbrik edirəm. Ancaq iki təklifim var. Göstəricilər verilərkən MDB ölkələri ilə bağlı deyil, bizim iqtisadi tərəfdaşlarımız olan Avropa ölkələri ilə müqayisəli şəkildə göstərilsin. Bir digər təklifim isə vəzifəli şəxslərin tənbeh edilməsi ilə bağlıdır. Daha çox aşağı vəzifəli şəxslər tənbeh olunur. Təklif edirəm ki, qanunvericiliyə dəyişiklik edilsin və yüksək vəzifəlilər də tənbeh edilsin”, - deyə deputat vurğulayıb.
Qeyd edək ki, Hesablama Palatasının hesabatı Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb və daha sonra səsə qoyularaq qəbul edilib.