Ölkə.Az gənc müğənni Damla (Məmmədova Məsumə Qərib qızı) ilə bağlı ilginc məlumat əldə edib.
Bildirilir ki, sənətçinin bu yaxınlarda boşandığı həyat yoldaşı Ceyhun Əliyev hazırda həbsdədir.C.Əliyev Əbu Bəkr məscidinin partladılmasında ittiham edilərək həbs olunan şəxslərdən biridir.
Qeyd edək ki, bir neçə il öncə törədilən terror hadisəsi zamanı iki nəfər həyatını itirmiş, doqquz nəfər yaralanmışdı.
O da bildirilir ki, Damla evli olduğu müddətdə ərinin istəyi ilə dini məzhəblərdən birinin qaydalarına əməl edirmiş.
Mənbə iddia edir ki, Damlanın qardaşı da sözügedən qruplaşmada olub və hazırda axtarışdadır.