Bakı 2015 Avropa oyunlarının təqdimatı Belçikada olacaq.
Qaziler.az Gənclər və İdman Nazirliyinin saytına istinadən bildirir ki, bu gün Belçikanın paytaxtı Brüsseldə Bakı 2015 Avropa oyunlarının təqdimat mərasimi keçiriləcək. Bu məqsədlə gənclər və idman naziri Azad Rəhimov bu ölkəyə rəsmi səfərə yola düşüb.Brüsselin “Egmont” Sarayında baş tutacaq qala gecədə Nazir Azad Rəhimovun, Beynəlxlalq Olimpiya Komitəsinin eks prezidenti Jacques Rogge, Belçika Olimpiya komitəsinin prezidenti Pierre-Olivier Beckers və Avropa Parlamerntinin vitse prezidentinin çıxışları nəzərdə tutulub.
Təqdimat mərasimi çərçivəsində qonaqlara Bakı 2015 Avropa oyunalarına hazırlıqla bağlı video çarx və foto sərgi nümayiş olunacaq.
Səfərin ikinci günü, 15 aprel tarixdə isə Bakı 2015 Avropa oyunlarının təqdimat mərasimi Avropa parlamentində gerçəkləşəcək. Mərasimində nazir Azad Rəhimov, Avropa Parlamentinin üzvü İlham Kyuçyuk, Azərbaycanın Belçika krallığındakı səfiri Fuad İsgəndərov, Avropa Parlamentinin üzvü Mark Tarabella və Avropa Parlamentinin bir sıra üzvüləri və digər rəsmi şəxslər iştirak edəcək. Dəyirmi masa ətrafında keçiriləcək təqdimat mərasimidə Bakı 2015 Avropa oyunları ilə yanaşı, Azərbaycan və Avropa Parlementi arasında əlaqələrin möhkəmləndirilməsi, gənclər sahəsində yeni layihələrin işlənilməsi, müxtəlif sahələrdə əldə edilmiş razılıqlar əsasında yeniliklərin əldə olunması və digər mövzular müzakirə olunacaq.