Bakının bəzi ərazilərində işığın verilməsi bərpa olunub - YENİLƏNİB

Bakının bəzi ərazilərində işığın verilməsi bərpa olunub - YENİLƏNİB backend

“Əhmədli” yarımstansiyasında paylaşdıran texniki qurğular sistemində baş vermiş fasilə aradan qaldırılıb.

Bu barədə Lent.az-a “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı məlumat verib. Y. Babanlı bildirib ki, görülmüş operativ tədbirlər nəticəsində bölmədə gərginlik bərpa edilib və qidalanan texniki qurğular elektrik enerjisi ilə təmin olunub.

Qurum rəsmisi qeyd edib ki, belə halların baş verməməsi üçün enerji sistemində daim profilaktik tədbirlər aparılır və yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilir.