Bakıda gənc oğlanı İŞİD-ə qoşmaq istədilər - 14 MİN DOLLARA

Bakıda gənc oğlanı İŞİD-ə qoşmaq istədilər - 14 MİN DOLLARA backend

Bakıda gənc oğlana 14 min dollar qarşılığında İŞİD terror qruplaşmasıan qoşulmaq təklif olunub. QAZİLER.AZ-ın "Report"a istinadən xəbərinə görə, Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Əhmədov Orxan Suraxanı Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək bildirib ki, naməlum şəxs onun telefonuna zəng edərək İŞİD-ə qoşulmağı təklif edib.


O.Əhmədov təklifdən imtina edib və dərhal Daxili İşlər Nazirliyinin (DİN) "102" zəng mərkəzinə məlumat verib.

O, daha sonra Suraxanı RPİ-ə ərizə yazaraq bildirib ki, 2016-ci il dekabr ayının 26-da naməlum şəxs ona zəng edərək İŞİD-ə qoşularaq cihad etməsini təklif edib.

O.Əhmədov bundan imtina edəndə naməlum şəxs bu işin müqabilində 14 000 ABŞ dolları təklif edb.


Faktla bağlı Suraxanı RPİ-də araşdırma aparılır.