Vidadi Zeynalovun köməkçisi: “Pulu almağa MTN-nin sürücüləri gəlirdi“

Vidadi Zeynalovun köməkçisi: “Pulu almağa MTN-nin sürücüləri gəlirdi“ backend

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə yeni maraqlı detallar ortaya çıxır.

Lent.az-ın ittiham aktına istinadən məlumatına görə, cinayət işində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hər ay MTN-ə pul verməsi epizodu üzrə şahid qismində Həşimov Səlim Sahib oğlu dindirilib.