XİN İstanbul teraktı ilə bağlı bəyanat yaydı

XİN İstanbul teraktı ilə bağlı bəyanat yaydı backend

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İstanbulda törədilən terror aktı ilə bağlı bəyanat yayıb.

Qaziler.az-ın xəbərinə görə, bəyanatda deyilir: "Biz, İstanbulda gecə klublarından birində törədilən və çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan qanlı terror aktını qəti şəkildə pisləyirik. Bu xain terror aktı nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Xain və alçaq terror əməllərini törədənlər heç zaman qardaş Türkiyənin terrorizmə qarşı mübarizədə əzm və qətiyyətini sarsıda bilməzlər.

Biz, qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq".