Azərbaycanda 2017-ci ilin ilk uşağı dünyaya gəlib

Azərbaycanda 2017-ci ilin ilk uşağı dünyaya gəlib backend

Azərbaycanda 2017-ci ilin ilk uşağı Astara rayonunda dünyaya gəlib.

Qaziler.az-ın APA-ya istinadən məlumatına görə, rayonun Miki kənd sakini, 1998-ci il təvəllüdlü Fərqanə Fərman qızı Mürsəlova saat 00.05 radələrində Astara Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində özünün ilk övladı olan qız uşağını dünyaya gətirib.

Təbii yolla doğulan körpənin çəkisi 4 kiloqramdır.

Ananın və uşağın vəziyyəti normaldır.