Qənirə Paşayeva ön cəbhəyə yollandı...

Qənirə Paşayeva ön cəbhəyə yollandı... backend

QAZİLER.AZ saytı xəbər verir ki, millət vəkili Qənirə Paşayeva bu dəqiqələrdə ön cəbhəyə yollanıb. O, bu barədə özünün facebook səhifəsində yazıb:

“Tovuza ön cəbhəyə yolçuluq başladı. İnşallah sabah səhər bayramı ön cəbhədə əsgər və hərbiçilərimizlə birlikdə qeyd etməklə başlayacağıq, sonra ön cəbhədə yaşayan kəndlərimizdə sakinlərimizi ziyarət edəcəyik. Bayramı doğulduğun yerlərdə sadə insanlarla keçirməkdən gözəl nə ola bilər...

Dünyanın hər yerində yaşayan insanlarımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik edirəm!”

Xatırladaq ki, Q.Paşayeva doğulduğu Tovuz rayonundan millət vəkili seçilib.

QAZİLER.AZ